Abid Şərifovun rəhbərliyi ilə Badamdar qəsəbəsindəki sürüşmə zonasına baxış keçirilib - FOTOSESSİYA

Abid Şərifovun rəhbərliyi ilə Badamdar qəsəbəsindəki sürüşmə zonasına baxış keçirilib   - <span style="color: red;">FOTOSESSİYA
# 06 dekabr 2012 10:07 (UTC +04:00)

APA-nın xəbərinə görə, A. Şərifov jurnalistlərə açıqlamasında deyib ki, mütəxəssislər hazırda hadisə yerində mövcud vəziyyət barədə fikirlərini bildiriblər: “Bu, hələ son deyil. Ekologiya və Təbii sərvətlər, Fövqəladə Hallar nazirliklərinə 3 gün ərzində sürüşmə zonasının eskiz layihəsinin hazırlanması və hökumətə təqdim olunması tapşırılıb. Buna əsasən, daha ciddi şəkildə gələn həftədən etibarən problemlərin qarşısını almaq üçün işlərə başlanacaq.

Mütəxəssislərin bildirdiyinə görə, sürüşmənin əsas səbəbi yamacdan yuxarıdakı evlərdə kanalizasiyanın olmadığı üçün şambolardan istifadə olunması və bəzi həyətyanı sahələrdə olan bostanların suvarılmasıdır”.

Baş nazirin müavini deyib ki, bununla bağlı “Azərsu” ASC-yə hadisə yerində müvafiq yoxlamalar aparılandan sonra lazımi tədbirlərin görülməsi üçün göstəriş verilib: ““Bakıelektrikşəbəkə”yə isə sürüşmə zonasında olan elektrik xətlərinin yerinin dəyişdirilməsi, ayrı-ayrı mənzillərin işıqsız qalmaması barədə tapşırıq verildi. Bundan başqa, ilk növbədə Badamdardan 20-ci sahəyə gələn yol açılmalıdır ki, burada kiçik maşınların hərəkəti bərpa olunsun. Lakin burada iri tutumlu maşınların hərəkətinə qadağa qoyulacaq. Biz bu məsələlərlə daim məşğul olmalıyıq ki, gözdən qaçmasın və daha ciddi prob yaşanmasın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR