Azərbaycan və İran arasında televiziya efirinin qarşılıqlı qorunmasına dair yeni sənəd imzalanacaq

Azərbaycan və İran arasında televiziya efirinin qarşılıqlı qorunmasına dair yeni sənəd imzalanacaq
# 13 noyabr 2012 09:21 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin rabitə və informasiya texnologiyaları nazirlərinin I iclasında iştirak edir. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov bildirib.

Onun sözlərinə görə, tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. İclasda cari məsələlərlə yanaşı Azərbaycanla İran arasında televiziya yayımında tezliklərin koordinasiya məsələsi, kibercinayətkarlıqla mübarizə və s. aspektlər müzakirə olunacaq.

Qeyd edək, iki ölkə arasında imzalanmaq üçün yeni protokol hazırlanır. Sənədin əsas mahiyyəti tərəflər arasında televiziya efir məkanında müdaxilələrin qarşısını almaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR