Nigeriya hökuməti radikal islamçı qruplaşma barədə məlumata görə 1,8 milyon dollar mükafat təyin edib

Nigeriya hökuməti radikal islamçı qruplaşma barədə məlumata görə 1,8 milyon dollar mükafat təyin edib
# 24 noyabr 2012 00:41 (UTC +04:00)

Bakı-APA. Nigeriya hakimiyyəti ölkədə fəaliyyət göstərən radikal islamçı «Boko Haram» qruplaşmasının üzvlərini ələ keçirməkdə yardım edəcək məlumata görə 1,8 milyon mükafat təyin ediblər.

Hökumət qruplaşmanın lideri Əbubəkir Şekaunun barədə məlumata görə 312,5 min dollar söz verib.

«Boko Xaram» ölkədə tez-tez baş verən terror aktlarının əksəriyyətinə görə məsuliyyət daşıyır. Yalnız 2012-ci ildə qruplaşma üzvləri 760-dan çox insanı qətlə yetiriblər. «Boko Haram» əhalisinin yarısı xristian olan Nigeriyada şəriət dövləti qurmaq istəyir və dünyəvi təhsil sisteminin ləğvinə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR