ANS 21 yaşını qeyd edir

ANS 21 yaşını qeyd edir
# 26 noyabr 2012 08:36 (UTC +04:00)

APA-nın xəbərinə görə, ANS 1991-ci ildə 3 gənc jurnalist - Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılıb.

Yarandığı gündən qərəzsiz, vicdanlı informasiya verməyi qarşısına məqsəd qoyan ANS-in ilk verilişi olan “Xəbərçi” ilə tamaşaçıların rəğbətini qazana bilib. Telekanalın ilk reportajları cəbhə xəttində baş verən hadisələrdən bəhs edib. ANS-in müxbirləri Qarabağdan, Əfqanıstandan, Çeçenistandan, İnquşetiyadan, Gürcüstandan - Osetiyadan, Abxaziyadan və s. münaqişə zonalarından reportajlar hazırlayıblar. ANS yarandığı ilk vaxtlardan BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAI kimi dünyanın nüfuzlu kanallarını reportajlarla təmin edib.

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Qarabağ müharibəsi zamanı cəbhə xəttində apardığı çəkilişlər və Xocalı faciəsi zamanı çəkdiyi tarixi kadrlar ANS kanalının Azərbaycan xalqı və dövlətçiliyi qarşısında ən böyük xidməti sayılır.

Vaxtilə yalnız “Xəbərçi” verilişi ilə tanınan ANS bu gün böyük bir mediaholdinqə - Şirkətlər Qrupuna çevrilib. Bu gün ANS Şirkətlər Qrupuna ANS TV ilə yanaşı, Çingiz Mustafayevin adını daşıyan ANS ÇM radiosu, ANS PRESS Nəşriyyat Evi, “BakıFilm” Kinostudiyası da daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR