Azərbaycan şirkətinin Monteneqrodakı bankının adı dəyişib

Azərbaycan şirkətinin Monteneqrodakı bankının adı dəyişib
# 20 sentyabr 2016 11:02 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Azerbaijan Global Investments" (AGI) şirkətinə məxsus "Azmont Investments" tərəfindən təsis edilən “Azmont Bank”ının adı dəyişib. “APA-Economics” xəbər verir ki, bu barədə Monteneqronun birja operatoru məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bankın bundan sonrakı adı “Nova Bank” olacaq.

Qeyd edək ki, "Azmont Bank" iyun ayında 11,98 mln. avroluq (13,4 mln. dollar) kapitalla təsis edilib. Bank Kumbor kurort zonasında yerləşən "Portonovi" kompleksinin maliyyələşdirilməsini həyata keçirəcək.

Qeyd edək ki, "Portonovi" Monteneqro ərazisində ən iri kurort komplekslərindən biridir. Bura "One&Only" otel kompleksi, iqamətgahlar, villalar və evlər, mağazalar, restoranlar, SPA mərkəzi, yaxtalar üçün liman daxildir. Kompleksin 2018-ci ildə istismara verilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR