Azərbaycan Prezidenti yanında Gənclər Fondunun sədri Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb - FOTO

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun sədri Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb - <span style="color: red;">FOTO
# 04 noyabr 2013 08:51 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olub və tələbələrlə görüş keçirib.

BANM-dən APA-ya verilən məlumata görə, ali məktəbin rektoru Elmar Qasımov bildirib ki, Gənclər Fondu ilə əməkdaşlığın qurulması məktəbin tələbələri üçün olduqca vacib və əhəmiyyətli məsələdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən “Gənclər siyasəti”nin əhəmiyyətindən və önəmindən bəhs edən E. Qasımov deyib ki, dövlət tərəfindən Azərbaycanda gənclərin inkişafı və gələcəkdə bir lider kimi yetişməsi üçün bütün lazımi şərait yaradılıb və bu istiqamətdə gündən-gündən yeni islahatlar həyata keçirilməkdədir.

Azərbaycanda Avropa standartlarına tam uyğun yaradılmış BANM-də olmasından məmnunluğunu ifadə edən F. Hacıyev qeyd edib ki, məhz bu cür ali təhsil ocaqlarının yaradılması dövlət başçısının gənclərə olan yüksək diqqətinin və qayğısının nəticəsidir.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması və fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verən F.Hacıyev bildirib ki, Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətləri stimullaşdıran, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirən qurumdur. O bildirib ki, Gənclər Fondu bu günə qədər 3 qrant müsabiqəsi həyata keçirib, artıq 4-cü qrant müsabiqəsinə start verilib. Tələbələri bu qrant müsabiqəsində aktiv iştirak etməyə çağıran F.Hacıyev müsabiqənin şərtləri və qaydaları haqqında ətraflı məlumat verib.

Gənclər Fondu ilə artıq fəaliyyətə başladıqlarını bildirən BANM Tələbə Senatının sədri Rəvan Adilov bildirib ki, onların təşkilatı ATGTİ ilə birlikdə həyata keçirmək istədikləri “Gənc Neftçilərin I Bilik Olimpiyadası” layihəsi Gənclər Fondunun həyata keçirdiyi 3-cü qrant müsabiqəsinin qaliblərindən olub və yaxın zamanda bu layihənin icrasına başlanılacaq.

Daha sonra F.Hacıyev tələbələrin suallarını cavablandırıb, fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR