Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacaq - VİDEO

Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacaq - <span style="color: red;">VİDEO
# 15 iyun 2014 16:24 (UTC +04:00)

Bakı-APA. İyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı da ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA TV-yə verdiyi açıqlamaya görə, mülayim şimal şərq küləyi əsəcək, havanın temperaturu günorta saatlarında 28-33 dərəcə arasında dəyişəcək.

Bölgələrdən isə gecə və axşam saatlarında dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Mərkəzi Aran rayonlarında günorta saatlarında 30-35, dağlarda 21-26 dərəcə arasında dəyişəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR