Azərbaycanda kredit borcuna görə ölkədən qaçan şəxs sərhəddə tutulub

Azərbaycanda kredit borcuna görə ölkədən qaçan şəxs sərhəddə tutulub
# 12 oktyabr 2015 13:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov –APA. Azərbaycanda banklara olan kredit borcunu ödəməkdən yayınan şəxs ölkədən qaçarkən sərhəddə tutulub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, sentyabrın 11-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən bir nəfər Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Sadıqov Səməd Qüdrət oğlu saxlanılıb.

Müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR