"DəmirBank": 19-20 dekabr tarixlərində aparılan ödənişlər dolların köhnə məzənnəsi ilə hesablanacaq

"DəmirBank": 19-20 dekabr tarixlərində aparılan ödənişlər dolların köhnə məzənnəsi ilə hesablanacaq
# 23 dekabr 2015 12:04 (UTC +04:00)

Bakı - APA-Economics. "DəmirBank" ödəniş vasitəsindən asılı olmayaraq müştərilərin 19 və 20 dekabr tarixlərində dollarla kredit ödənişlərinin məzənnə itkilərini öz üzərinə götürüb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, 19 və 20 dekabr tarixlərində aparılan ödənişlər dolların köhnə məzənnəsi ilə hesablanacaq.

Həmçinin, bank məzənnənin dəyişməsi nəticəsində kart sahiblərinin məruz qala biləcəyi itkilərin qarşılanması məqsədilə, dəyişiklik elan olunanadək xarici valyutada əməliyyat həyata keçirmiş müştəri hesablarından məbləğ silinərkən devalvasiyadan əvvəlki məzənnənin əsas götürülməsinə qərar verib. Güzəştlər həm kredit, həm də debit kartlarına şamil olunur.

"DəmirBank" daim müştərilərin maraqlarının və hüquqlarının qorunması öhdəliyinə sadiqdir. Bunun sübutu kimi, DəmirBank ABŞ-ın nüfuzlu “Smart Campaign” təşkilatı tərəfindən “Müştəri Mühafizəsi Sertifikatına” layiq görülmüşdür. Bank bir çox qayda və prosedurlara dəyişiklik edərək hazırda “Smart Campaign” təşkilatının 95 standartının hamısına cavab verir.

Bu iş bəzi hallarda müştərilərin xeyrinə gəlirlərdən imtina etmək hesabına başa gəlsə də, müştəri məmnuniyyəti və maraqları daha üstün tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR