Ötən il manat kütləsinin azalmasının səbəbləri açıqlanıb

Ötən il manat kütləsinin azalmasının səbəbləri açıqlanıb
# 03 mart 2016 16:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Ötən il manatla geniş pul kütləsinin azalmasının səbəbləri açıqlanıb.

APA-Economics” xəbər verir ki, Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, ötən il manatla geniş pul kütləsi (M2 pul aqreqatı) 50,6% azalıb.

Məlumata əsasən, pul kütləsinin dinamikası əsasən valyuta bazarında gedən proseslərin təsiri altında formalaşıb.

“Bu da əsasən iqtisadi subyektlərin öz nağd və qeyri-nağd yığımlarını xarici valyutaya konvertasiya etmələri ilə əlaqədardır”, - deyə hesabatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR