Azərbaycan əhalisinin gəlirləri yaxın 4 ildə 50% artacaq

 Azərbaycan əhalisinin gəlirləri yaxın 4 ildə 50% artacaq
# 09 oktyabr 2013 14:29 (UTC +04:00)

Eyni zamanda, 2013-cü ilin yekunlarına görə, əhalinin məcmu gəlirlərinin 38,389 mlrd. manat olacağı gözlənilir və beləliklə, yaxın 4 ildə bu göstəricinin 45,7% artacağı proqnozlaşdırılır.

Əhalinin xərclərinin artım tempi də təxminən eyni səviyyədə gözlənilir. Belə ki, 2013-2017-ci illər ərzində bu göstəricinin 26,735 mlrd. manatdan 38,136 mlrd. manatadək və ya 42,6% artacağı proqnozlaşdırılır.

Nəticədə, əhalinin sərəncamından qalan vəsaitlərin həcmi 2013-cü ildə 11,654 mlrd. manat təşkil edəcəyi, 2017-ci ilə qədər isə bu göstəricinin 17,808 mlrd. manatadək və ya 52,8% artacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR