Avropa Birliyi Bolqarıstandan “Cənub axını” qaz kəmərinin inşasını dayandırmağı tələb edir

Avropa Birliyi Bolqarıstandan “Cənub axını” qaz kəmərinin inşasını dayandırmağı tələb edir
# 05 iyun 2014 12:22 (UTC +04:00)

Bolqarıstan hökumətinin cavab vermək üçün 1 ay vaxtı var.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Daxili bazar və xidmətlər” qurumunun mətbuat katibi Şantal Hyuz deyub.

Avropa Komissiyasının rəsmi nümayəndəsi Antuan Kolombani isə bildirib ki, Rusiya tərəfinin tərəfdaş qismində bolqarları seçməsi yetərincə şəffaf proses olmayıb və bu, müəyyən problemlər yaradır.

Qeyd edək ki, Ukrayna ərazisindən yan keçməklə qaz borusunun inşasını nəzərdə tutan “Cənub axını” layihəsinin reallaşdırılması aprelin 17-də dayandırılıb. Avropa Birliyi “Cənub axını”nı Azərbaycanda hasil olunan qazla əvəzləmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR