Ağ Ev: “Rusiyaya qarşı sanksiyaların yumşaldılması istisna edilir”

Ağ Ev: “Rusiyaya qarşı sanksiyaların yumşaldılması istisna edilir”
# 24 noyabr 2015 00:41 (UTC +04:00)

Bakı-APA. Rusiyaya qarşı sanksiyaların yumşaldılması istisna edilir.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin nümayəndəsi Coş Ernest bəyan edib.

“Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldılması bilavasitə Minsk razılaşmalarının yerinə yetirilməsindən asılıdır. Mən İŞİD-ə qarşı mübarizədə daha fəal iştirakı müqabilində Rusiya üzərindən sanksiyaların qismən aradan qaldırılması ssenarisini təsəvvür edə bilmirəm”, deyə C.Ernest bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların yumşaldılması yalnız Minsk razılaşmalarının icrasından sonra mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR