Cəzaçəkmə müəssisəsində məhkumdan narkotik və mobil telefon tapılıb

Cəzaçəkmə müəssisəsində məhkumdan narkotik və mobil telefon tapılıb
# 10 mart 2014 10:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda cəzaçəkmə müəssisəsində məhkumdan narkotik vasitə götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Xəyyam Pənah oğlu Pənahovun üzərinə baxış keçirilib. Bu zaman ayaqqabısının içərisində gizlədilmiş 1 ədəd «Nokia» markalı mobil telefon aparatı və 1 ədəd «Nar» danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR