“DekaBank” III rübü iri mənfəətlə başa vurub

“DekaBank” III rübü iri mənfəətlə başa vurub
# 06 noyabr 2015 13:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. “DekaBank”in aktivlərinin həcmi 2015-ci ilin III rübündə 181,534 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,83 dəfə çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,23 dəfə artaraq 171,642 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 7,735 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 29,46% çoxdur.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 2,5 dəfə artaraq 13,476 mln. manat olub ki, bu da kredit 7,85%-ni təşkil edir.

Bankın depozit portfeli hesabat dövrü ərzində 29,06% artaraq 7,176 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 5,640 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 6,29% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 2,23 dəfə artaraq 61,948 mln. manata çatdığı halda, nizamnamə kapitalı 2,2 dəfə artaraq 52 mln. 767 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 62,16% artaraq 9,688 mln. manat, xərcləri isə təxminən 20,95% azalaraq 2,793 mln. manata çatıb.

Cari ilin III rübündə bankın əldə etdiyi mənfəət 6 mln. 984,78 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 7 filialı, 2 bankomatı, 8 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR