Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 Mart

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 Mart
# 03 mart 2016 17:15 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Okeanın o tayında Əsəd üçün yeni tale biçilir. Əgər Konqresin təşəbbüsü beynəlxalq dəstək qazansa, bu, Suriyanın gələcəyinin müəyyən olunması baxımından mühüm addım sayılacaq. Qərb Əsədi beynəlxalq tribunalda görmək istəyirsə, deməli, Suriyanın gələcəyi ilə bağlı Əsədsiz platforma düşünülür. Bu, İranın maraqları ilə tam, Rusiyanın maraqları ilə isə qismən ziddiyyət təşkil edir. Əsəd Kreml üçün bazarlıq vasitəsidir, hətta prezident Putin belə Əsədə sığınacaq verə biləcəklərinə, yəni istənilən vaxt ofsayd vəziyyətində qoya biləcəyinə işarə vurub. İran üçün isə Əsədin mahiyyəti tam fərqlidir, Əsədsiz Suriyanın başına keçəcək güclü lider yoxdur, bu isə ölkənin parçalanma ehtimalını artırır. Konqresin qəbul etdiyi sənəddə daha iki mühüm məqam var. Bunlar törədilən cinayətlərdə təkcə Əsədin deyil, müttəfiqlərinin də məsuliyyət daşıması, ikincisi isə soyqırımına məruz qaldığı iddia edilən etnik toplumlar arasında türkmənlərin də adının çəkilməsidir. Qeyd olunan üç faktor Qərbin Suriya planlarını təxmin etməyə əsas verir. Qərbin Suriya planları təxminən belədir - Əsəddən sonra etnik əsaslarda ən azı üç yerə bölünmüş federativ dövlət. Bu ssenari sürətlə olmasa da, artıq addım-addım həyata keçirilir.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR