Bakıda yanğın zamanı tüstüdən zəhərlənən 10 nəfər evə buraxılıb

Bakıda yanğın zamanı tüstüdən zəhərlənən 10 nəfər evə buraxılıb
# 13 avqust 2016 10:45 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev-APA. Bu gün Bakıda ticarət mərkəzində baş verən yanğın zamanı tüstüdən zəhərlənən 10 nəfər Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov APA-ya açıqlamasında bildirib ki, tüstüdən zəhərlənən 10 nəfərə tibbi yardım göstərilib.

Baş toksikoloq qeyd edib ki, 10 nəfərin hamısı evə buraxılıb.

Qeyd edək ki, bu gün Bakının Sabunçu rayonunda ümumi sahəsi 4000 kvadratmetr “BİG” Store ticarət mərkəzinin 300 m2 sahəsi yanıb. Yüksək temperaturdan tavan 1050 m2 sahədə dağılıb. Hadisə zamanı yaşayış binasından 90 nəfər sakin (30 nəfər uşaq, 60 nəfər sakin) yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub, onlardan 10 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə təcili yardım tərəfindən Toksikologiya şöbəsinə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR