Moskvada «Kompleks təhlükəsizlik - 2013» beynəlxalq təhlükəsizlik sərgisi keçirilir

Moskvada «Kompleks təhlükəsizlik - 2013» beynəlxalq təhlükəsizlik sərgisi keçirilir
# 21 may 2013 08:24 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Bu gün Moskvada «Kompleks təhlükəsizlik - 2013» beynəlxalq təhlükəsizlik sərgisinin açılışı olub. APA-nın məlumatına görə, sərgi Rusiyanın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin dəstəyi ilə keçirilir.

Builki sərgidə 14 ölkədən 447 firma öz məhsullarını nümayiş etdirir. Sərgidə yanğınsöndürmə, xilasetmə avadanlıqları, video müşahidə, mühəndis-texniki mühafizə vasitələri, nüvə və nəqliyyat təhlükəsizliyi, müdafiə vasitələri, detektorlar, mühəndis maşınları, aktiv müdafiə vasitələri, atıcı silahlar, onların sursatları, sərhəd təhlükəsizliyi avadanlıqları və s. nümayiş olunur.

Sərgidə ziyarətçi qismində Azərbaycanın müxtəlif qurumlarının nümayəndələri də iştirak edirlər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR