MSK-nın rəsmi saytında deputatlığa namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslər barədə məlumatlar yerləşdiriləcək

MSK-nın rəsmi saytında deputatlığa namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslər barədə məlumatlar yerləşdiriləcək
# 23 sentyabr 2015 13:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyasının internet saytında deputatlığa namizədliyi qeydə alınanlarla yanaşı, deputatlığa namizədliyinin irəli sürülməsi qeydə alınanlar barədə də məlumatlar yerləşdiriləcək.


APA-nın xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov deyib.

Qeyd edək ki, belə bir təşəbbüslə MSK üzvü Akif Qurbanov çıxış edib. O, bələdiyyə seçkilərində olduğu kimi, namizədliyinin irəli sürülməsi təsdiq edilənlər barədə də MSK-nın saytında məlumatların yerləşdirilməsini zəruri sayıb. Məsələni araşdıran MSK sədri bildirib ki, deputatlığa namizədliyi qeydə alınanlar barədə məlumatlar ətraflı yoxlanıldığı üçün qeyri-dəqiqliyə rast gəlinməsə də, deputatlığa namizədliyinin irəli sürülməsi təsdiqlənənlər barədə məlumatlarda qeyri-dəqiqlik ola bilər. Bununla belə, MSK sədri texniki imkanların təkcə namizədliyi qeydə alınanlar yox, həm də namizədliyinin irəli sürülməsi qeydə alınanlar barədə də məlumatların yerləşdirilməsinə imkan verdiyini söyləyib. O, MSK Katibliyinin İnformasiya Mərkəzinə müvafiq göstəriş verib. Deputatlığa namizədliyinin irəli sürülməsi təsdiqlənənlər barədə məlumatlar saytda yerləşdirilərkən xüsusi qeyd də veriləcək ki, MSK bu məlumatlarla bağlı məsuliyyət daşımır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR