Bidzina İvanişvili: “Gürcüstanda azərbaycanlıların əlindən alınan torpaqlar geri qaytarılmalıdır” - FOTO

Bidzina İvanişvili: “Gürcüstanda azərbaycanlıların əlindən alınan torpaqlar geri qaytarılmalıdır” - <span style="color: red;">FOTO
# 22 noyabr 2012 13:31 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Bidzina İvanişvili Gürcüstanda yaşayan azərbaycanlıların torpaqla təmin olunması ilə bağlı problemlərə də münasibət bildirib. O, Gürcüstanda Kvemo-Kartli və Saqareco bölgələrində azərbaycanlılara məxsus 7 min hektar əkin sahələrinin ərəblərə, iranlılara, bur tayfalarına və köhnə hakimiyyətin məmurlarına satıldığı barədə məlumatı olduğunu bildirib: “Gürcüstanda icarəyə verilən və özəlləşdirilən torpaqların verilməsi qanunsuz olub və bu torpaqların 80 faizi qeydiyyata alınmayıb. Mənə yaxşı məlumdur ki, azərbaycanlıların əlindən torpaqlar alınıb və başqalarına verilib. Biz o zaman azərbaycanlılara kömək edə bilmədik. Onlar özlərini aşağılanmış kimi hesab edirdilər. Onların hüquqları bərpa olunmalıdır. Torpaq bölgüsündə ilk öncə, Gürcüstan vətəndaşının hüquqları prioritet olmalıdır, sonra isə ölkəyə gələn xarici vətəndaşlara bu imkan tanınmalıdır. Biz balansı düzəltmək üçün hər şeyi edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR