Azərbaycan bir ildə qaz hasilatını 5% artırıb

Azərbaycan bir ildə qaz hasilatını 5% artırıb
# 21 avqust 2014 10:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 575,1 min kubmetr qaz hasil edilib.

APA-Economics”in ARDNŞ-in statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında bu rəqəm 691,5 min kubmetr, fevralda 624,5 min kubmetr, mart ayında isə 680,8 min kubmetr, apreldə 654,9 min kubmetr, mayda 608,5 min kubmetr, iyun ayında isə 561,2 min kubmetr qaz təşkil edib.

Bu ilin yanvar-iyul aylarında isə ARDNŞ tərəfindən isə ümumilikdə 4 396,5 min kubmetr hasil edilib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 5,2 çoxdur.

Ümumilikdə iyul ayında ölkə üzrə 2 573,6 min kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 4,9% çoxdur.

Bu ilin yanvar ayında ölkə üzrə 2 690 min kubmetr, fevralda 2 393 min kubmetr, martda 2 594 min kubmetr, apreldə 17 964,3 min kubmetr, mayda 2 649 min kubmetr, iyun ayında isə 2 442 min kubmetr qaz hasil edilib. Ümumilikdə bu ilin yanvar-iyul aylarında 17 964,3 min kubmetr, qaz hasil edilib ki, bu da 2013-cü ilin 7 ayı ilə müqayisədə 1,36 azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR