Rusiya Qəzza münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib

Rusiya Qəzza münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib
# 20 noyabr 2012 01:54 (UTC +04:00)

Bakı-APA. Rusiya tərəfi BMT Təhlükəsizlik Şurasına Qəzza bölgəsindəki vəziyyətə dair qətnamə layihəsini təqdim edib. Layihədə Qəzza zolağında zorakılığa son qoyulması tələbi və Fələstin-İsrail danışıqlarının bərpası çağırışı öz əksini tapıb.

İsrail noyabrın 14-də ərazisinin Fələstin qruplaşmaları tərəfindən atəşə tutulmasını səbəb kimi göstərərək Qəzza zolağına hücuma başlayıb.

İsrailin 6 günlük hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 100 nəfərə çatıb. Bu barədə Fələstin səhiyyə nazirliyindən məlumat verilib.

Həlak olanlar arasında 24 uşaq, 10 qadın və 12 qoca var. Yalnız noyabrın 19-da 27 nəfər həlak olub.

Yaralıların sayı isə 850 nəfəri keçib. Fələstin səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidranın sözlərinə görə, artıq dərman preparatları və tibbi ləvazimatın, xüsusən güclü antibiotiklər, bintlər, anesteziya üçün vasitələr, və yodun çatışmazlığı hiss olunur.

Bu gün İsrail hücum başlayandan sonra ilk dəfə olaraq sərhədi açaraq Qəzza zolağına 120-dən artıq dərman preparatı və tibbi ləvazimat daşıyan yük maşınını buraxıb.

Hərbi əməliyyatlar nəticəsində cəmi 3 nəfər israilli yaralanıb. Noyabrın 15-də Kiryat-Malaxi şəhərinin 3 sakini evlərinə Fələstin raketinin düşməsi nəticəsində yaralanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR