“Al Jazeera” kanalının İsraildə yayımı dayandırıla bilər

“Al Jazeera” kanalının İsraildə yayımı dayandırıla bilər
# 11 oktyabr 2023 15:31 (UTC +04:00)

“Al Jazeera” kanalının İsraildə yayımı dayandırıla bilər.

APA xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, İsrail rəhbərliyi Qəzza zolağı ətrafında davam edən hərbi əməliyyatlar fonunda Qətərin “Al Jazeera” telekanalının ölkədə yayımının dayandırılması məsələsini nəzərdən keçirmək niyyətindədir.

Bu məsələ ilə bağlı təcili tədbirlərin görülməsi üçün müvafiq sənədlər artıq İsrailin rabitə naziri tərəfindən hazırlanıb və məsələ yaxın vaxtlarda Nazirlər Kabinetində müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR