Ermənistan parlamentində terror aktı törədən Unanyan qardaşlarının anası intihar edib

Ermənistan parlamentində terror aktı törədən Unanyan qardaşlarının anası intihar edib
# 28 noyabr 2012 08:16 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. 1999-cu ildə Ermənistan parlamentində terror törədən Karen və Nairi Unanyan qardaşların anası Natella Qastyan Krımın Yevpatoriya şəhərində özünü dənizə atıb. APA-nın “kp.ua” saytına istinadən verdiyi məlumata görə, N. Qalstyanın meyiti noyabrın 23-nə keçən gecə dənizdə tapılıb, lakin onun kimliyi bir neçə gün sonra müəyyənləşdirilib.

Qadının qonşuları deyiblər ki, həmin gecə Natella Qalstyan sanki dənizdən öz uşaqlarının səsini eşidib. O, dəniz sahilinə gedib, lakin geri qayıtmayıb. Bu yaxınlarda N. Qalstyan Ermənistana gedərək həbsxanada ömürlük cəza çəkən oğulları ilə görüşüb. Bundan sonra qadının səhhəti pisləşib və o, dərman qəbul etməyə başlayıb.

Qeyd edək ki, Karen və Nairi Unanyanın başçılıq etdiyi silahlı qruplaşma 1999-cu ildə Ermənistan parlamentində ölkənin baş-nazirini, parlament spikerini və daha 6 siyasətçini qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR