Azərbaycan diabet xəstəliyinə yoluxanların sayı artır

Azərbaycan diabet xəstəliyinə yoluxanların sayı artır
# 11 dekabr 2012 15:01 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova ”Diabet – XXI-ci əsrin problemi. Mübarizə yolları varmı?” mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər. Beynəlxalq Diabet Federasiyasının statistikasına görə, 2030-cu ildə diabetdən dünyasını dəyişənlərin sayı 551,8 milyona çata bilər. Azərbaycan da bu xəstəliyə yoluxan insanların sayı artır. Xəstəliyin qarşısının alınmasında sağlam həyat tərzi, düzgün qidalanma və fiziki fəallıq vacib amillərdən biridir.

Tibb mütəxəssislərinin iştirakı ilə keçirilən tədbirdə fikir mübadiləsi aparılıb və problemin həlli yolları müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR