Rəcəb Tayyıb Ərdoğan yanvarda Afrika turnesinə çıxacaq

Rəcəb Tayyıb Ərdoğan yanvarda Afrika turnesinə çıxacaq
# 21 dekabr 2012 16:47 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Türkiyənin baş naziri Rəcəb Tayyıb Ərdoğan 2013-cü ilin yanvarında Qabon, Niger və Seneqala rəsmi səfər edəcək. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, turneyə Qabondan başlayacaq baş nazir bu ölkənin prezidenti Əli ben Bonqo Ondimba və baş naziri Raymon Ndonq Sima ilə görüşəcək. Yanvarın 8-də Türkiyə baş naziri Nigerə yollanacaq və paytaxt Niameydə bu ölkənin prezidenti Maxamadu İssufu ilə görüş keçirəcək. Sonda isə Ərdoğan Seneqala səfər edəcək və prezident Maki Sal ilə görüşəcək. Seneqala səfər yanvarın 11-də başa çatacaq.


Səfərlər çərçivəsində ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR