ANAMA-nın sədri Vüqar Süleymanov İtaliyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Klaudio Taffurini ilə görüş keçirib.
ANAMA-dan APA-ya bildirilib ki, görüşdə Azərbaycan və İtaliya arasında mövcud olan yüksəksəviyyəli əməkdaşlıq münasibətləri vurğulanıb və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə İtaliya Respublikasının mümkün töhvə evrməsi barədə fikir mübadiləsi aparılıb.