Bank Of Baku

Ankara Jurnalistlər Cəmiyyətinin sədri: “Ermənistanın cinayətkar davranışlarını qətiyyətlə pisləyirik”

Nazmi Bilgin, Ankara Jurnalistlər Cəmiyyətinin sədri

© APA | Nazmi Bilgin, Ankara Jurnalistlər Cəmiyyətinin sədri

# 05 iyun 2021 17:35 (UTC +04:00)

“Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsi tam bir cinayətdir. Ankara Qazeteçilər Cəmiyyəti olaraq biz bu davranışı və  Ermənistanın davam edən cinayətlərini qətiyyətlə pisləyirik”.

Bu fikirləri APA-nın Türkiyə bürosuna Ankara Jurnalistlər Cəmiyyətinin (AGC) sədri Nazmi Bilgin deyib. 

“Həyatını itirən həmkarlarımıza məsləkdaşlarımıza görə, dərin məyusluq içindəyik. Şəhid olan azərbaycanlı həmkarlarımızın, o cümlədən həyatını itirən digər soydaşımızın ailələrinə, Azərbaycan mediasına və qardaş xalqımıza başsağlığı verir, yaralılara Allahdan şəfa arzulayırıq”.

Cəmiyyət sədri müharibə qanunlarını pozan Ermənistan dövlətinin qatil adlandıraraq deyib ki, müharibə qaydaları olmayan bir anlayış deyil, bəlli qayda-qanunları var: "100 illər boyunca olan müharibələrdə bu qaydalar hər zaman insanlıq tərəfindən qəbul edilib. Hətta bu savaşların sonu sülhlə bitsə də, bitməsə də, savaşdan sonra ölümlərin meydana  gəlməməsi üçün tədbirlər görülür. Bu çağımızdakı bütün müharibələrin prinsipidir. Müasir müharibələrdən sonra ölümlərin qarşısını almaq üçün ən başlıca məsələ minalanmış ərazilərin təmizlənməsidir. Bunun üçün də həmin ərazilərə mina döşəyən ölkə minalanmış ərazilərin xəritəsini qarşı ölkəyə təqdim etməlidir ki, təhlükəsizlik  tədbirləri görülsün. Bunu təqdim etməyən ölkə müharibə cinayəti işlədir və  hər ölümə görə cinayət məsuliyyəti daşıyır. Bu, bütün dünyada qəbul olunmuş qaydadır: bunun adı qatillikdir”.

1946-cı ildən fəaliyyətdə olan təşkilatın adından dünya ictimaiyyətinə çağırış edən N.Bilgin deyib ki, tələb olunan xəritə təqdim olunmayacağı təqdirdə Ermənistan başda BMT olmaqla, bütün beynəlxalq təşkilatlar tərəfindən şiddətlə qınanmalıdır: “Jurnalistlik ən çətin, riskli və şərəfli bir peşədir. Bütün dövlətlərin jurnalistlərin mühafizəsi ilə bağlı müvafiq qaydaları var. İşğaldan azad olunmuş Azərbaycan ərazilərinə hər zaman jurnalistlər gedə bilər və gedəcək. Bu ərazilərdə yaşayan əhalinin, orada bundan sonra məskunlaşacaq insanların və oraya gedən jurnalistlərin bundan sonra  həyatlarını itirməmələri üçün beynəlxalq təşkilatlar dərhal hərəkətə keçməlidirlər. Türkiyə Cümhuriyyətinin beynəlxalq təşkilatlara çağırış etmək, onları hərəkətə gətirmək təcrübəsi var. Biz azərbaycanlı soydaşlarımızın o ərazilərdə təhlükəsiz yaşamaları üçün Türkiyə Cümhuriyyəti yetkililərindən də dəstək gözləyirik. Bütün dünya təşkilatları hərəkətə gəlməlidir, Ermənistan qətiyyətli  şəkildə qınanmalıdır ki, bu cinayətlərini davam etdirməsin”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR