“APA Media Group”un əməkdaşları Kəlbəcərdə minaya düşərək şəhid olan media işçilərinin - Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsini anıblar.
APA-nın məlumatına görə, onlar şəhid olan media işçilərinin vəfatı ilə əlaqədar keçirilən anım mərasimində iştirak edib, qoyulmuş xatirə guşəsinin qarşısına əklil qoyub, qərənfillər düzüb və onların xatirəsini ehtiramla yad ediblər.