APA TV Ailə TV, CityNet, Ultel və digər kabel televiziyaları, həmçinin İPTV platformalarında yayıma başlayıb

APA TV Ailə TV, CityNet, Ultel və digər kabel televiziyaları, həmçinin İPTV platformalarında yayıma başlayıb
# 04 mart 2024 16:36 (UTC +04:00)

APA MEDİA GROUP”a daxil olan APA Televiziyası Ailə TV, CityNet, Ultel və digər kabel televiziyaları, həmçinin İPTV platformalarında yayıma başlayıb.

“Ailə TV”-nin rəqəmsal yayımında APA TV-ni izləmək üçün 19, Ailə TV-nin İPTV platformasında isə 79-cu kanalı seçməlisiniz.

“CityNet”də APA TV-yə baxmaq üçün 11-ci kanalı, “Ultel” də isə 44-cü kanalı seçmək lazımdır.

APA TV-nin yayım vaxtı səhər 08-00-dan gecə 02:00-yə qədər artırılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 30 noyabr 2022-ci ildə APA televiziyasına platforma yayımçısı lisenziyası verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR