Qusar rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB - VİDEO

Qusar rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 30 iyun 2015 12:08 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonunun Çiləgir kəndində Bakı şəhər sakini, 1945-ci il təvəllüdü Ramiz Gülməmməd oğlu Verdiyevi odlu silahla qətlə yetirməkdə təqsirli bilinən şəxs, 1967-ci il təvəllüdü Eynullah Cahangir oğlu Hacıyev qətlin baş verdiyi evin gözətçisi olub.

Öldürülən şəxs isə yaşayış evində qonaq olub. Qətli törədən şəxsin sərxoşluğa meylli olduğu bildirilir.

Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir.

***

13:00

Qusar. Vəli Turan – APA. Qusar rayonunda qətl hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonunun Çiləgir kəndində yaşayan 1945-ci il təvəllüdü Ramiz Gülməmməd oğlu Verdiyev ov silahından açılan güllə yarasından sonra dünyasını dəyişib.

İlkin araşdırmalar zamanı qətlin 1967-ci il təvəllüdü Eynullah Cahangir oğlu Hacıyev tərəfindən törədildiyi müəyyənləşdirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb.

Hazırda qətli törətməkdə təqsirli bilinən E.Hacıyevin axtarışları davam etdirilir.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR