Serbiyalı futbolçu: “Neftçi”dən 6 xal almalı idik”

Serbiyalı futbolçu: “Neftçi”dən 6 xal almalı idik”
# 04 dekabr 2012 10:42 (UTC +04:00)

Bakı – APA. “Partizan” klubunun qapıçısı Nikola Petroviç Azərbaycan çempionu “Neftçi” ilə oyunları unuda bilmir. Apasport.az saytının məlumatına görə, serbiyalı qolkiper Avropa Liqasının sonuncu VI turu ərəfəsində verdiyi müsahibədə komandasının çıxışını dəyərləndirib.


Qrupda qalan komandasının təcrübəsizliyin qurbanı olduğunu düşünən Nikolanın fikrincə, “Neftçi” ilə hər 2 matçda qalib gələ bilərdilər: “Avropa Liqasında növbəti mərhələyə də adlaya bilərdik. Lakin 6 xal almalı olduğumuz “Neftçi” ilə matçlarda xallar itirdik. Belqradda onları məğlub etməli idik. Bakıda da qələbə qazana bilərdik. Amma bütün imkanları əldən verdik. Hələ “İnter”lə Milandakı oyunu demirəm. Bu 3 matçda 9 xal qazansaydıq, vəziyyət başqa cür olardı”.

Qeyd edək ki, “Neftçi” ilə “Partizan” arasında Belqraddakı oyun 0:0, Bakıdakı görüş isə 1:1 hesabı ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR