GUAM-ın baş katibi Ermənistanın rəsmən işğalçı kimi tanınmasına münasibət bildirib - EKSKLÜZİV

GUAM-ın baş katibi Ermənistanın rəsmən işğalçı kimi tanınmasına münasibət bildirib - <span style="color: red;">EKSKLÜZİV
# 20 dekabr 2012 10:17 (UTC +04:00)

V. Çeçelaşvili APA-ya açıqlamasında bildirib ki, qurumun gündəliyində Ermənistanın işğalçı dövlət kimi tanınması ilə bağlı konkret bir sənəd yoxdur: “Əgər bu məsələ ilə bağlı GUAM-a üzv ölkələr tərəfindən birgə sənəd təqdim olunarsa, o zaman quruma üzv ölkələrin xarici işlər nazirləri bununla bağlı müvafiq qərar qəbul edə bilərlər. Hər bir təşkilatın öz məqsədləri, bu və ya digər problemin həll olunması üçün öz metodları və imkanları var. Biz təşkilata üzv ölkələrin ərazi bütövlüyünün necə təmin olunması ilə bağlı baxışlarımızı GUAM Parlament Assambleyasının Bakıda keçirilən 5-ci iclasında da açıqladıq”.

Baş katib bildirib ki, GUAM-a üzv ölkələrdə mövcud münaqişələrin həllinin ayrıca formatı var və kənardan edilən rəsmi, yaxud da qeyri-rəsmi müdaxilələr danışıqlar prosesinə kömək etmək əvəzinə mane olur: “GUAM-a üzv ölkələr başda BMT olmaqla bir sıra beynəlxalq təşkilatların üzvüdür. Ərazi bütövlüyü toxunulmazdır, əgər həmin ölkənin üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş ərazi bütövlüyü prinsipi başqa ölkələrin Silahlı Qüvvələri tərəfindən pozulursa, bu, artıq işğal sayılır və bunu pozan ölkə də işğalçıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR