Yardımlı rayonunda yanğın hadisəsi baş verib

Yardımlı rayonunda yanğın hadisəsi baş verib
# 07 dekabr 2012 10:26 (UTC +04:00)

Yardımlı. Ağəddin Babayev – APA. Azərbaycanın Yardımlı rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Yardımlı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə dekabrın 6-da saat 21.00 radələrində rayonun Avaş kənd sakini, 1944-cü il təvəllüdlü Heydər İnşallah oğlu Həşimova məxsus ümumi sahəsi 54 kv.m olan tövlədə qeydə alınıb. Hadisə yerinə canlı qüvvə ilə iki yanğınsöndürən maşın cəlb olunub və onların səyləri nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, tövlənin dam örtüyünün konstruksiyaları və içərisinə yığılmış 3 ton ot bağlaması yanaraq külə dönüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR