Bakıda Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının iclası keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının iclası keçirilib   - <span style="color: red;">FOTOSESSİYA
# 27 noyabr 2012 09:59 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri, hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayev iki ölkə arasında qarşılıqlı münasibətlərdən danışıb, ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli siyasi zəminin olduğunu qeyd edib. Cari ilin ilk 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin ötən ilin analoji dövrünə nisbətən 15 dəfə artdığını bildirən nazir onu da qeyd edib ki, ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar var.

Azərbaycanın investisiya ixracatçısına çevrildiyini vurğulayan Ş.Mustafayev Serbiyanın bu sahədə əməkdaşlıq edilən ölkələrdən olduğunu bildirib. Nazir onu da bildirib ki, Azərbaycan və Serbiya infrastruktur obyektlərinin tikintisi, kənd təsərrüfatı, səhiyyə, təhsil, İKT, maliyyə, enerji, ətraf mühit, turizm, bir sıra sənaye sahələri üzrə əməkdaşlıq edə, mövcud əlaqələri daha da genişləndirə bilər. Ölkə iqtisadiyyatının inkişafından danışan nazir qeyd edib ki, müstəqillik illərindən sonra Azərbaycan iqtisadiyyatına ümumilikdə 135 mlrd. dollara yaxın investisiya yatırılıb, bunun da yarısı xarici sərmayənin payına düşür.

Öz növbəsində Serbiyanın baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri, hökumətlərarası komissiyanın həmsədri Rasim Lyayiç çıxışında bildirib ki, Serbiya Azərbaycanla əməkdaşlığın genişləndirməsində maraqlıdır. İclasda ticarət, qarşılıqlı investisiya qoyuluşu, sənaye, kənd təsərrüfatı, tikinti, İKT, turizm, üçüncü bazarlara birgə çıxış imkanı, maliyyə və bank, səhiyyə, təhsil, mədəniyyət, ətraf mühitin mühafizəsi və digər sahələrə dair müzakirələr aparılıb.

Sonda iki ölkə arasında hökumətlərarası komissiyanın II iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Ş.Mustafayev və R.Lyayiç imzalayıblar. Sənəddə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR