Bank Of Baku

Audiovizual Şura: Matəmlə əlaqədar televiziyaların proqramında dəyişiklik ediləcək

Audiovizual Şura: Matəmlə əlaqədar televiziyaların proqramında dəyişiklik ediləcək
# 25 dekabr 2024 16:35 (UTC +04:00)

"Matəmlə əlaqədar televiziyaların proqramında dəyişiklik ediləcək".

Bu barədə APA-nın sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, dekabrın 26-da matəm günü elan olunması ilə əlaqədar Audiovizual Şura xatırladır ki, audiovizual media subyektləri tərəfindən "Media haqqında" Azərbaycan Respublikası Qanununun matəm günlərində audiovizual yayıma dair müddəalarının (39.2-ci və 39.3-cü maddələr) tələblərinə riayət olunmalıdır.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR