Audiovizual Şura: Qanunlara riayət olunması sahəsində praktikada müəyyən boşluqlar nəzərə çarpır

Audiovizual Şura: Qanunlara riayət olunması sahəsində praktikada müəyyən boşluqlar nəzərə çarpır
# 02 oktyabr 2023 12:59 (UTC +04:00)

Qanunlarda təsbit olunmuş tələblərin yerinə yetirilməməsinə görə sanksiya tətbiqi nəzərdə tutulmayan hissələr var ki, Şura yayımçılarla münasibətdə buna mütəmadi olaraq rast gəlir.

APA xəbər verir ki, bunu "Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma" mövzusunda konfransda Audivizual Şuranın aparat rəhbəri Fazil Novruzov deyib. O bildirib ki, qanunlara riayət olunması sahəsində praktikada müəyyən boşluqlar nəzərə çarpır:

"Mütəmadi olaraq tənzimləmədən kənarda qalan məsələlərlə bağlı suallar va narahatlıqlar qalmaqda davam edir. Xüsusilə çatışmazlıqlar "Uşaqlar üçün zərərli informasiyanın növləri", "İnformasiya məhsulunun yaş təsnifatı", "İnformasiya məhsulunun işarələnməsi", ələlxüsus da "Televiziya va radio yayım vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər" müddəalarda nəzərə çarpır".

Aparat rəhbəri çıxışı zamanı qeyd edib ki, bu zərurət fonunda "İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində də (388-2) müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR