Bank Of Baku

Audiovizual Şuranın elan etdiyi 2 müsabiqəyə sənəd qəbulu başa çatıb

Audiovizual Şuranın elan etdiyi 2 müsabiqəyə sənəd qəbulu başa çatıb
# 27 dekabr 2024 11:28 (UTC +04:00)

Audiovizual Şuranın elan etdiyi 2 müsabiqəyə sənəd qəbulu başa çatıb.

Bu barədə APA-ya Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, ümumölkə yerüstü radio yayımçısı lisenziyalarının verilməsi üçün Azərbaycan Respublikası Audiovizual Şurasının 2024-cü il 7 noyabr tarixli 38/24-17 və 39/24-17 nömrəli qərarları ilə 18 noyabr tarixindən elan etdiyi 2 müsabiqə üzrə sənəd qəbulu başa çatıb. Hər bir müsabiqə üzrə Audiovizual Şuraya sənədlərini təqdim etmiş ərizəçilər aşağıdakılardır:

Birinci müsabiqə üzrə:

(ilkin mərhələdə Bakı Teleqüllə Kompleksindən yayım aparılacaq radiotezlik 88.7 MHs)

"Pro Media Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Planet FM")
"Broadcast Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Dalğa FM")
Fiziki şəxs Quliyev Emin Suram oğlu (radio kanalın adı: "Biznes FM")
"Balans Studiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "ANS ÇM")
İkinci müsabiqə üzrə:

(ilkin mərhələdə Bakı Teleqüllə Kompleksindən yayım aparılacaq radiotezlik 92.5 MHs)

"Pro Media Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Planet FM")
"Broadcast Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Dalğa FM")
Fiziki şəxs Quliyev Emin Suram oğlu (radio kanalın adı: "Biznes FM")
"Üçbucaq Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Gənc FM")

"Media haqqında" Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində Audiovizual Şura tərəfindən təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR