Bu günə qədər Audiovizual Şuraya 196 şikayət daxil olub.
APA xəbər verir ki, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
O bildirib ki, onların bir qismi işlə təminetmə, veriliş açmaqla bağlı olubsa, bir qismi də verilişlərdə rastlanan problemlərə görə olub.