“BP-Azərbaycan” bir qrup birinci kurs tələbəsinə öz illik xüsusi mükafatlarını təqdim edib

“BP-Azərbaycan” bir qrup birinci kurs tələbəsinə öz illik xüsusi mükafatlarını təqdim edib
# 23 noyabr 2012 15:45 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün “BP-Azərbaycan” şirkəti neft-qaz mühəndisliyi sahəsində ixtisaslaşan bir qrup birinci kurs tələbəsinə öz illik xüsusi mükafatlarını təqdim edib.

APA-Economics”in xəbərinə görə, bu tələbələr 5 universitetdən - Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti və Xəzər Universitetindən seçiliblər.

Bu gün keçirilən tədbirdə BP-nin xüsusi mükafatları həmin universitetləri təmsil edən 31 ən yaxşı tələbəyə verilib. Onların hamısı universitetə qəbul zamanı on bir ixtisas üzrə bu il ən yüksək bal toplamış tələbələrdir. Bunlar neft-qaz mühəndisliyi, geologiya mühəndisliyi, geofiziki mühəndisliyi, mexanika mühəndisliyi və başqalarıdır.

Bu gün təqdim olunan xüsusi mükafatlar həmin tələbələrə BP-nin maliyyəsi ilə 10 aylıq ingilis dilinin təlimi proqramında iştirak etmək imkanı verəcək. Bu proqramda onlar öz texniki sahəyə aid dil biliklərini təkmilləşdirəcəklər ki, bu da onların ixtisasları sahəsində alacaqları bilgilərə dəyərli əlavə olacaq.

Qeyd edək ki, Azərbaycanda BP ən yaxşı tələbələrə özünün xüsusi mükafatlarının verilməsi proqramına 2007-ci ildən başlayıb. Proqramın məqsədi neft və qaz sahələrində ixtisaslaşan ən yaxşı tələbələrin təhsilinə dəstək verməkdir. Bu mükafatlar hər il təqdim olunur və şirkətin Azərbaycanda təhsilə dəstək sahəsində daha geniş öhdəliyinin bir hissəsidir.

Bu günədək BP öz xüsusi mükafatlarını ümumilikdə 337 ən yaxşı tələbəyə təqdim edib ki, onlardan səkkizi sonradan uğurla BP-də öz karyerasını qurub və hazırda BP-nin işçiləridir, üçü isə BP və onun tərəfdaşlarının təqaüdlərini alırlar.

Tədbirdə çıxış edən BP-nin geoloji-kəşfiyyat və qiymətləndirmə üzrə vitse-prezidenti Qreq Rayli bildirib ki, bu il BP Azərbaycandakı fəaliyyətinin 20 illiyini qeyd edir: «Məmnunam ki, bu ənənəvi xüsusi mükafat proqramımız genişlənərək ADNA-dan başqa 4 digər universiteti də əhatə edir. Amma ADNA hələ də bizim proqramımızın aparıcı iştirakçısı olaraq qalır, çünki bu gün mükafat alan 31 nəfərdən 14-ü məhz Neft Akademiyasının tələbəsidir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR