Dow Jones indeksi 0,9%, S&P 500 1,2%, Nasdaq 1,5% yüksəlib

Dow Jones indeksi 0,9%, S&P 500 1,2%, Nasdaq 1,5% yüksəlib
# 19 dekabr 2012 06:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 13 351 bəndədək, S&P 500 1,2% - 1 447 bəndədək, Nasdaq 1,5% - 3 055 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarına vergilərin qaldırılması barədə danışıqlarda müəyyən irəliləyişin əldə edilməsi təsir edib. Belə ki, prezident Barak Obama bu məsələdə əsas meyarın yenidən baxılmasına razılıq verib. Beləliklə, əgər əvvəllər vergilərin illik gəliri 250 min dollar təşkil edən ailələr üçün qaldırılması nəzərdə tutulurdusa, hazırda prezident bu həddin 400 min dollara kimi yüksəldilməsini təkli edir.

Avropa fond bazarlarında dekabrın 18-də FTSE 100 indeksi 0,4% - 5 936 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 654 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 649 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,8% azalaraq 1 673,2 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3247 (+0,6%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR