Azərbaycanın nəqliyyat sektorunda yük daşımaları 8%, sərnişin daşımaları isə 9% artıb

Azərbaycanın nəqliyyat sektorunda yük daşımaları 8%, sərnişin daşımaları isə 9% artıb
# 25 dekabr 2012 14:23 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə cari ilin yanvar-noyabr ayları ərzində 108,1 mln. ton yük və 1,3 mlrd. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə avtomobil nəqliyyatı ilə yükdaşımanın həcmi 7,6%, sərnişindaşımanın həcmi isə 8,7% artıb.

«Sərnişinlərin 96,3%-i avtobus, 3,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Hesabat dövründə yük dövriyyəsi 7,7%, sərnişin dövriyyəsi isə 9,7% artıb», - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR