Gəncə sakininin üzərinə darvaza düşüb

Gəncə sakininin üzərinə darvaza düşüb
# 22 aprel 2017 16:16 (UTC +04:00)

Gəncə şəhər sakini ağır xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 1-ci mikrorayonunda qeydə alınıb. Şəhər sakini 1971-ci il təvəllüdlü Elman Məmmədov ərazidə olan obyektlərin birində işləyən zaman başına dəmir darvaza düşüb. Ağır xəsarət alan E.Məmmədov Gəncədə fəaliyyət göstərən özəl xəstəxanalardan birinə yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR