İrəvanda polis şəhərin mərkəzi küçələrini bağlayıb

İrəvanda polis şəhərin mərkəzi küçələrini bağlayıb
# 28 iyun 2015 21:31 (UTC +04:00)

Bakı-APA. Ermənistanın paytaxtı İrəvanda, etirazçıların toplaşdığı Baqramyan prospektində vəziyyət gərgin olaraq qalır.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, polis şəhərin mərkəzi küçələrini bağlayıb, Baqramyan prospektinə xüsusi təyinatlılar gətirilib.

Aksiya iştirakçılarından bir qismi Azadlıq meydanına keçsə də, əksəriyyət Baqramyan prospektində qalmaqdadır.

Ermənistanın ictimai xadimləri, deputatlar və şou-biznes nümayəndələri nümayişçilərlə polis arasında “canlı sədd”qurublar.

Xatırladaq ki, İrəvanda elektrik enerjisinin bahalaşması əleyhinə kütləvi etiraz aksiyaları keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR