Azərbaycan Beynəlxalq Bankı yeni lotereya keçirir

Azərbaycan Beynəlxalq Bankı yeni lotereya keçirir
# 01 sentyabr 2014 14:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni lotereya keçirir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin 1 sentyabr – 31 oktyabr tarixləri arasında ABB müştərilərinə telefon nömrələrini yazaraq, mobil telefon qazanmaq şansını verir.

Lotereyada iştirak etmək üçün sadəcə Azərbaycan Beynəlxalq Bankının kartı ilə ABB-nin bankomatlarında ”Lotereya” menyusundan istifadə edərək, mobil telefon nömrəni daxil etmək kifayətdir.

Lotereyanın qaliblərinə üç mobil telefon hədiyyə ediləcək: Apple iPhone 5s (1-ci yer), Samsung Galaxy S5 (2-ci yer) və Sony Xperia Z1 (3-cü yer). Qalib təsadüfi seçim yolu ilə müəyyən ediləcək.

Lotereyada ABB tərəfindən buraxılmış bütün kartların sahibləri olan müştərilər iştirak edə bilərlər. Hər müştəri yalnız bir mobil telefon nömrəsini qeyd edə bilər, müştərinin mobil telefon nömrəsi onun öz adına olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR