Bank Of Baku

Cəlilabadda bacısının qayınatasını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin olunmayıb

Cəlilabadda bacısının qayınatasını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin olunmayıb
# 14 iyul 2018 11:02 (UTC +04:00)

Şirvan Apellyasiya Məhkəməsində Cəlilabadda qətl törədən şəxsin şikayətinə baxılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Həmzəyev Əvəz Əhəd oğlunun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

 

Qeyd edək ki,  2017-ci ilin dekabrın 28-də rayonun 1999-cu il təvəllüdlü Həmzəyev Əvəz Uzuntəpə kəndində hərəkətdə olan marşrut avtobusunda həmyerlisi Rakif Hüseynovu bıçaqlayaraq öldürüb. Hadisəyə səbəb Ə.Həmzəyevin 18 yaşlı bacısının həyat yoldaşı (R. Hüseynovun oğlu-red.)  ilə münasibətlərinin pozulması olub.  

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Həmzəyev CM-nin 120.2.4, 228.4 maddələri ilə 17 il 6 ay azadlıqdan məhrum edilib. 

 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR