Kürdəmirdə mağazadan oğurluq edərkən çardaqda çıxılmaz vəziyyətə düşən şəxsi FHN xilas edib - VİDEO

Kürdəmirdə mağazadan oğurluq edərkən çardaqda çıxılmaz vəziyyətə düşən şəxsi FHN xilas edib - <span style="color: red;">VİDEO
# 29 oktyabr 2015 09:26 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov – APA. Kürdəmirdə mağazadan oğurluq etmək istəyən şəxs tutulub.

APA-nın Aran bürosunun məlumatına görə, bu gecə Kürdəmir rayonu Karrar kənd sakini, 25 yaşlı Səid Oqtay oğlu İsayev şəhərin Bakı prospektində yerləşən Siyavuş Abdullayevə məxsus “Bərəkət” marketinin tavanından içəri daxil olub. Həmin vaxt yoldan keçən mühafizəçi bunu görüb və əraziyə polis çağırıb. Polisi görən O. İsayev qaçmaq istəyərkən mağazanın çardağında çıxılmaz vəziyyətə düşüb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xilasedicilər O. İsayevi çıxararaq polisə təhvil veriblər.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir şəhərində bir nəfər mağazanın tavan və çardağı arasında sıxılaraq köməksiz vəziyyətdə qalıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Yanğınsöndürən-xilasedicilər vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR