Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması rəsmiləşib

Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması rəsmiləşib
# 19 dekabr 2012 12:05 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü rəsmən dayandırılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün Kremldə keçirilən KTMT-yə üzv ölkələrin dövlət başçılarının görüşündə çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. O, Özbəkistanın qurumda fəaliyyətini dayandırmaq barədə KTMT-yə müraciət etdiyini, quruma üzv ölkələrin dövlət başçılarının müzakirələrdən sonra bu müraciəti qəbul etdiklərini deyib

Qeyd edək ki, Özbəkistan bu ilin iyununda KTMT üzvlüyündən çıxmaq barədə qurumun katibliyinə rəsmi nota göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR