İrana ən çox turist İraq və Azərbaycandan gəlir

İrana ən çox turist İraq və Azərbaycandan gəlir
# 18 mart 2013 12:39 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “Ötən ilin mart ayından başlayaraq 6 ay ərzində İrana 2 milyon 469 min 246 nəfər turist səfər edib”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın Mədəni İrs, Əl işləri və Turizm Təşkilatı sədrinin turizm məsələləri üzrə müavini Mənuçöhr Cahaniyan açıqlama verib.

O bildirib ki, İran bu müddət ərzində turist səfərlərindən 4,5 mlrd. dollar gəlir əldə edib. M.Cahanyanın dediyinə görə, İrana ən çox turist İraqdan, ikinci isə Azərbaycandan səfər edib. O, İrana ən çox səfər edən turistlərin ölkələrini sıra ilə belə açıqlayıb: “İraq, Azərbaycan, Türkiyə, Əfqanıstan, Pakistan və Türkmənistan”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR