“Rabitə” İtaliyada da qələbə qazandı

“Rabitə” İtaliyada da qələbə qazandı
# 06 dekabr 2012 08:56 (UTC +04:00)

Bakı – APA. Qadın voleybol klubları arasında Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Rabitə” V tur çərçivəsində İtaliyada “Villa Kortese” ilə qarşılaşıb.

Artıq pley-offa vəsiqəni təmin edən Azərbaycan çempionu bu matçda da qələbə seriyasını davam etdirməyi bacarıb.

Oyunun kifayət qədər gərgin keçəcəyi gözlənilsə də, “Rabitə” A gümüş mükafatçısına oynamağa imkan verməyib. Düzdür, evdə uduzmağı sevməyən italiyalılar həm də sabiq baş məşqçiləri, hazırda “Rabitə”ni çalışdıran Marçello Abbondanzanı vətənindən əliboş yola salmaq arzusunda idilər. Amma bir çoxlarına başağrısı olan və Çempionlar Liqasında qızıl medalı hədəfləyən Bakı klubu rəqibin istəyini puç edib.

İlk setdə 5 top fərqi ilə qalib gələn voleybolçularımız növbəti hissəni daha asan aktivinə yazıb – 25:13. Ardınca rəqib fərqi azaltsa da, “Rabitə” IV hissədə qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 3:1.

Nəticədə V turda da xal itirməyən Azərbaycan çempionu qrupda özü üçün birinci yeri də təmin edib.


Çempionlar Liqası
V tur


B qrupu
5 dekabr


“Villa Kortese” (İtaliya) - “Rabitə” (Azərbaycan) - 1:3 (20:25, 13:25, 25:15, 20:25)

Hakimlər: Əziz Yener (Türkiyə), Susana Rodriguez (İspaniya)
Kastellantsa, Palaborsani

Rabitə

5

5

0

15-3

439-366

15

Villa Kortese

5

3

2

11-8

430-416

12

Atom

5

2

3

8-9

388-386

6

Agel

5

0

5

1-15

310-399

0



Qeyd edək ki, son turda “Rabitə” “Agel”i qəbul edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR